Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada
təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
- 050611 “Geologiya və geofizika mühəndisliyi”
- 050631 “Neft-qaz mühəndisliyi”
- 050617 “İnşaat mühəndisliyi” (yanacaq-energetika kompleksi sahələri üçün)
- 050621 “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
- 050624 “Mədən mühəndisliyi”
- 050614 “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”
- 050618 “Kimya mühəndisliyi”
- 050628 “Mexanika mühəndisliyi”
- 050607 “Elektrik və elektronika mühəndisliyi”
- 050608 “Energetika mühəndisliyi”
- 050509 “Kompüter elmləri”
- 050616 “İnformasiya texnologiyaları”
- 050405 “İqtisadiyyat”
- 050408 “Menecment”
- 050402 “Biznesin idarə edilməsi”
Təkrar ali təhsil üzrə sənədlərin qəbulu 01.02.2022-ci il tarixindən 31.08.2022-ci il tarixinədək davam edəcək. Qəbul olmaq istəyənlər şənbə və bazar günlərindən başqa saat 10.00-dan 16.00-dək Universitetin əsas binasına gələrək Qəbul Komissiyasına sənədləri rəsmi qaydada təqdim edir və ilkin baza təhsilindəki tədris proqramı ilə almaq istədiyi ixtisas üzrə baza təhsilinin tədris proqramı arasındakı fərqdən asılı olaraq təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Universitet rektorunun adına ərizə
- Ali təhsil haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (əlavə ilə birlikdə) və iki nüsxə adi surət
- Əmək kitabçasından çıxarış (işlədiyi halda)
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
- 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış
- Tərcümeyi hal;
- Covid-19 vaksin sertifikatının və ya Covid-19 immunitet sertifikatının sürəti
1993-cü ildən sonra Xarici Ali Təhsil müəssisələrini bitirmiş məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Qeyd: Hər hansı bir ixtisas üzrə sənəd verən tələbə sayı 7 nəfərdən az olduğu halda həmin ixtisas üzrə qəbul prosesi aparılmır.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə
Əlaqə telefonları:
- (012) 498-03-93
- (012) 498-07-57
- (012) 598-29-12
- (070) 498-03-93
E-mail: smiiyi@asoiu.edu.az
Qəbul Komissiyası.