BİZ KİMİK?
Tələbələrimiz, fakültələrimiz və işçi heyətimiz həyatın hər sahəsini, bir-birindən fərqli düşüncələri, ölkəmizin və dünyanın müxtəlif yerlərini təmsil edirlər. Çünki böyük bir universitetdə olmağın ən gözəl tərəflərindən biri təhsil almaq, işləmək, əylənmək, yeniliklərlə tanış olmaq, fikir alış-verişi etmək və heç vaxt olmadığın yerlərdən gələn insanlarla ünsiyyət qurmaq şansına sahib olmaqdır. Universitetimiz müxtəlifliklərimizlə bərabər ortaq yönlərimizin tapılması və bir-birimizdən öyrənərək birlikdə gələcəyimizi daha parlaq etməyin marağındadır.