Azərbaycan Respublikası “Xalq Təsərrüfatı Mütəxəssis və Rəhbər
İşçilərinin İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutu” Nazirlər Kabinetinin 18
oktyabr 1991-ci il tarixli 348 saylı qərarı ilə təşkil edilmiş və onun “Nizamnaməsi” 1992-ci ildə
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İqtisadiyyatın idarə
edilməsinin təkmilləşdirilməsi haqqında” 08 yanvar 1996-cı il 03 saylı qərarı, “1996-cı ilinin I
yarısında ölkənin iqtisadi yekunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında
duran başlıca vəzifələri haqqında” 2 iyul 1996-cı il tarixli Prezident Fərmanını və təhsil
sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 15 oktyabr 1996-cı il tarixli 11/4
-312 saylı məktubunun icrası məqsədi ilə institut Təhsil Nazirliyinin 07 noyabr 1996-cı il 573 saylı
əmri ilə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tabeliyinə verilmişdir.
ADNA-nın 31 may 1999-cu il tarixli 01-40/7 saylı əmri ilə institutun
adı dəyişdirilərək “Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu”
(SMİİYİ) adlandırılmış və nizamnaməsi ADNA tərəfindən təsdiq edilərək 24 may 2000-ci il tarixdə
Azərbaycan Respblikası Statistika Komitəsi tərəfindən Dövlət Reyesterinə daxil edilib və 0016036
saylı şəhadətnamə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2000-ci il
tarixli qərarı ilə ADNA-ya özünü idarəetmə prinsipi əsasında fəaliyyət göstərmək hüququ verilmiş,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 02 May 2012-ci ildə qeydiyyata alınmışdır. Muxtariyyət
Hüququna malik ADNA qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq tədris, elmi- tədqiqat, kadr,
maliyyə-təsərrüfat və digər fəaliyyət növlərini həyata keçirməkdə sərbəstdir. ADNA-nın
Nizamnaməsinin 1.15 bəndinə əsasən onun bazasında özündə müxtəlif tipli təhsil müəssisələrini
birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. ADNA-nın Nizamnaməsinin 1.18 bəndinə əsasən ADNA
tərkibinə daxil olan bütün struktur bölmələri ilə birlikdə vahid təhsil, elm və istehsalat
kompleksidir və tərkibinə daxil olan bütün struktur bölmələrinin statusu və funksiyaları ADNA-nın
Nizamnaməsi və Elmi Şuranın qərarları əsasında Rektor tərəfindən təsdiq olunmuş Əsasnamələrlə
müəyyən edilir.
ADNA-nın tərkibində fəaliyyət göstərən SMİİYİ tədris, təlim tərbiyə
hissəsinin struktur bölməsidir. İnstitut 1996-cı il tarixdən hal-hazıra kimi ADNA-nın tərkibində
qanunvericiliyin tələblərinə uyğun, onun struktur bölməsi kimi fəaliyyət göstərir. Qanunvericiliyin
dəyişməsi ilə əlaqədar institutun fəaliyyətində ona uyğunlaşdırlır.
İnstitutun əsasnaməsi yenidən işlənib ADNA-nın Elmi Şurasında qəbul
edilərək Rektor tərəfindən təsdiq edilmişdir.
İnstituta qəbul üçün Elektron
Qeydiyyat