Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi 2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir


image not found

 

FAYL 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi

2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

050611 “Geologiya və geofizika mühəndisliyi”

050631 “Neft-qaz mühəndisliyi”

050617 “İnşaat mühəndisliyi” (yanacaq-energetika kompleksi sahələri üçün)

050621 “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”\

050624 “Mədən mühəndisliyi”

050614 “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”

050618 “Kimya mühəndisliyi”

050628 “Mexanika mühəndisliyi”

050607 “Elektrik və elektronika mühəndisliyi”

050608 “Energetika mühəndisliyi”

050509 “Kompüter elmləri”

050616 “İnformasiya texnologiyaları”

050405 “İqtisadiyyat”

050408 “Menecment”

 

Təkrar ali təhsilə sənəd vermək istəyənlər AR Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında elektron qaydada qeydiyyatdan keçdikdən sonra universitetə gələrək notarial qaydada təsdiq olunmuş diplom və diplom əlavəsini təqdim etməlidirlər.

Sənədlərin universitetdə Qəbul Komissiyasına rəsmi qaydada təqdim edilməsinə 29.07.2024-cü il tarixindən 19.08.2024-cü il tarixədək müəyyən fasilə veriləcək. 19.08.2024- cü il tarixdən isə univrsitetdə sənəd qəbulu davam edəcək.

 

Qeyd: Hər hansı bir ixtisas üzrə sənəd verən iddiaçı sayı 7 nəfərdən az olduğu halda həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə, Ömürboyu Təhsil Mərkəzi.

Əlaqə telefonları: (012) 498-03-93; (012) 498-07-57; (070) 498-03-93; (012) 598-29-12.

E-mail: smiiyi@bk.ru, smiiyi@asoiu.edu.az

Sayt: www.smiiyi.asoiu.edu.az

 

                                                                         Qəbul Komissiyası