E L A N
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada
təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
050611 | “Geologiya və geofizika mühəndisliyi” |
050506 | “Geologiya” |
050631 | “Neft-qaz mühəndisliyi” |
050617 | “İnşaat mühəndisliyi” (yanacaq-energetika kompleksi sahələri üçün) |
050621 | “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” |
050624 | “Mədən mühəndisliyi” |
050614 | “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” |
050618 | “Kimya mühəndisliyi” |
050628 | “Mexanika mühəndisliyi” |
050607 | “Elektrik və elektronika mühəndisliyi” |
050608 | “Energetika mühəndisliyi” |
050509 | “Kompüter elmləri” |
050616 | “İnformasiya texnologiyaları” |
050405 | “İqtisadiyyat” |
050408 | “Menecment” |
Təkrar ali təhsil üzrə sənədlərin qəbulu AR Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyat başlandığı tarixdən qeyd olunan son tarixə qədər davam edəcək.
Təkrar ali təhsilə sənəd vermək istəyənlər portal.edu.az saytında elektron qaydada qeydiyyatdan keçdikdən sonra universitetə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Universitet rektorunun adına ərizə;
- Ali təhsil haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (əlavə ilə birlikdə) və iki nüsxə adi surət;
- Əmək kitabçasından çıxarış (işlədiyi halda)
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
- 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Tərcümeyi hal;
- Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz).
Qəbul olmaq istəyən iddiaçılar şənbə və bazar günlərindən başqa saat 10.00-dan 16.00-dək Universitetin əsas binasına gələrək Qəbul Komissiyasına sənədləri rəsmi qaydada təqdim edir və ilkin baza təhsilindəki tədris proqramı ilə almaq istədiyi ixtisas üzrə baza təhsilinin tədris proqramı arasındakı fərqdən asılı olaraq təkrar ali təhsil almaq hüququnu qazanırlar.
1993-cü ildən sonra Xarici Ali Təhsil müəssisələrini bitirmiş məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Qeyd: Hər hansı bir ixtisas üzrə sənəd verən iddiaçı sayı 7 nəfərdən az olduğu halda həmin ixtisas üzrə qəbul prosesi aparılmır.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə, Ömürboyu Təhsil Mərkəzi.
Əlaqə telefonları:
- (012) 498-03-93 ;
- (012) 498-07-57;
- (070) 498-03-93;
- (012)598-29-12.
E-mail: smiiyi@bk.ru, smiiyi@asoiu.edu.az
Sayt: www.smiiyi.adnsu.az
Qəbul Komissiyası.